Ölkə 21:17 05.12.2019

"Veysəloğlu"nun şirkətlərindən ikisi ləğv olunur

Azərbaycanın aparıcı ticarət holdinqi – "Veysəloğlu” MMC-nin şirkətlərindən ikisi ləğv olunur.

"Report” bu barədə Vergilər Nazirliyinə istinadən xəbər verir.

Söhbət "V-Trade” və "Vesta Horeka" MMC-lərdən gedir. Şirkətlər "Veysəloğlu”ya qoşularaq ləğv edildiklərini, bütün hüquq və öhdəliklərini holdinqə ötürdüyünü bəyan ediblər.