Dünya 21:55 09.02.2013

Viktor Yuşşenkonu partiyasından çıxardılar

Ukraynanın keçmiş prezidenti Viktor Yuşşenko “Bizim Ukrayna” partiyasından xaric edilib.

Bunu bu gün jurnalistlərə partiyanın siyasi şurasının rəhbəri Sergei Bondarchuk deyib.

O, Yuşşenkonu satqınçılıq və partiya rəhbərliyini qəsb etməkdə günahlandırıb.

Yuşşenko partiyanın Kiyev şöbəsinin rəhbəri idi.

“Bizim Ukrayna” partiyası 2005-ci ildən fəaliyyət göstərir.

Yuşşenko həmin vaxt prezident idi və bu partiyada əsasən onun tərəfdarları birləşdirdi. /AzadlıqRadiosu/