Ölkə 16:20 15.10.2019

Vilayət Eyvazov mayoru işdən çıxardı - Nöqsanlara görə

Daxili İşlər naziri Vilayət Eyvazov mayoru işdən çıxarıb.

Qaynarinfo unikal.org-a istinadən xəbər verir ki, vətəndaş Quliyev Bulud İnqilab oğlunun Daxili İşlər Nazirliyinə şikayətindən sonra nazir, general-polkovnik Vilayət Eyvazovun əmri ilə, Bakı Şəhər Baş Polis idarəsində araşdırma aparılıb. Araşdırmadan sonra işində yol verdiyi ciddi nöqsanlara görə, Nəsimi Rayon Polis İdarəsinin 20-ci polis Bölməsinin tədqiqatçısı, polis mayoru Əliyev Zamiq Elxan oğlu vəzifəsindən azad edilərək, sərəncama götürülüb.

Vətəndaş Bulud Quliyev şikayətinə operativ və obyektiv baxıldığı üçün Daxili İşlər naziri general-polkovnik Vilayət Eyvazova və Bakı Şəhər Baş Polis idarəsinin rəisi, polis general-mayoru Mirqafar Seyidova öz minnətdarlığını bildirib.