Ölkə 11:50 28.01.2020

Vilayət Eyvazovdan DYP-də daha bir dəyişiklik: Rəis işdən çıxarıldı

 
Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov Baş Dövlət Yol Polisi İdarəsinin İstismar və Texniki Təminat şöbəsinin rəisini işdən çıxarıb.

Unikal.org-un əldə etdiyi məlumata görə, V.Eyvazovun müvafiq əmri ilə, sözügedən şöbənin rəisi polkovnik-leytenant Zaur Cəfərov öz ərizəsi ilə tutduğu vəzifədən azad olunub.