Ölkə 20:19 19.08.2019

Vilayət Eyvazovdan növbəti təyinat

Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov yeni təyinatla bağlı əmr imzalayıb.

Qaynarinfo Oxu.az-a istinadən xəbər verir ki, nazirin müvafiq əmri ilə Şəmkir rayon Kür qəsəbəsinin polis şöbəsinə yeni rəis təyin olunub.

Belə ki, polis polkovnik-leytenantı Ədalət Sadiqov bundan sonra sözügedən vəzifəni icra edəcək.

Qeyd edək ki, Ədalət Sadiqov bu ilin may ayında Gəncə şəhər Nizami rayonu polis idarəsindəki işindən azad edilərək sərəncama götürülmüşdü.