Sənət 19:32 16.09.2017

Virciniyanın həyatı: ögey qardaşların təcavüzü, homoseksual dostlar

"İnsanlar yetkinləşdikcə artıq tərэf tutmaqdan imtina edirlər"

Virciniya Vulf 1904-cü ildə atasını itirdikdən sonra qardaşları ilə birgə Blumsberiнэ köçür. O burda bir-birinin evində tez-tez yığıncaqlar təşkil edən, çoxu homoseksual və biseksual olan bir qrup ədəbiyyatçı və rəssamlarla tanış olur. 

"Blumsberi qrupu" adı altında fəaliyyət göstərən bu intellektual qrup Vulfun həyatında dönüş nöqtəsi olub. Əsas dəyişikliyi isə onun həm həyatında, həm də əsərlərində olan cinsi mövzularda azad davranışlarında müşahidə etmək olur. Seksual həyatında olan azadlığını onun "Orlando" əsərində görmək mümkündür. Vulf bu əsəri qısa zaman ərzində sevgilisi olduğu və sonradan ən sadiq dosuna çevrilən Vitaya ithaf edir. 1922-ci ildə toplantıların birində tanış olduğu Vita (əsl adı Sakvill Vest) Harold Nikolson adlı homoseksualla evli idi. Virciniya onun haqqında deyir: 

"İksinində başqa insanlarla cinsi yaxınlıq etməsinə baxmayaraq, bir-birlərinə qarşı dərin sevgi hissi ilə bağlıdırlar".

Mövzu əsərin baş qəhrəmanı olan Orlandonun həyat hekayəsidir. Orlando 30 yaşına qədər kişi olub, 30 yaşından sonra qadına çevrilən xəyali personajdır. Vulfun bu fantastik personajı yaratmaqda məqsədi insanların içində fərqli seksual meyillərin olduğunu göstərmək idi. Bunu əsərin girişindən hiss etdirməyə başlayır. Oxuculara kişi xarakterində qadınlara aid xüsusiyyətlər axtarmağa yönləndirir:

"Vizual olaraq nəcib bir kişi idi, bəs iç aləmində? Orlando qırmızı yanaqları, qara buruqları, qara və qızılı üst geyimləri ilə içindəki lampanın işıltısı ilə yanırmış kimi görünürdü". 

Həyatının monoton keçən bir dönəmində Orlando 7 günlük yuxuya gedəcək və qadın olaraq oyancaq. Artıq "...bədənində bir kişinin gücü ilə bir qadının zərafəti..." bütünləşir. Bundan sonra həyatını Ledi Orlando olaraq davam etdirir və qadın olmağın çətinlikləri ilə üzləşir. Vulf bu yolla XIX əsr İngiltərəsində cinsiyət bərabərsizliyini ən çılpaq halı ilə təsvir edir. Lakin burda gözdən qaçırılmaması lazım olan bir məqam var. Orlandonun həyat hekayəsi yalnız bir əsr və ölkəni deyil, bütün zaman və məkanların aktual problemi olmasındadır. 

Sonradan Orlandonun qadın olmasına baxmayaraq, kişi olduğu zamanlarda sevdiyi qadını yenidən sevməyə davam edir. 

"...Özünün qadın olmasına baxmayaraq, onunla eyni cinsdə olan bir qadını sevsə də, üzərində eynicinsdən olduqları reallığı var idi.  Bu isə kişi olduğu vaxtlarda sahib olduğu hisslərin daha da dərinləşməsinə səbəb olurdu". (Vulf,2014:s.,121)  

Qadın halına alışan Orlando ürəyi istədiyi zamanlarda qadın geyimləri geyinsə də, bəzən kişi paltarları da geyinirdi. Bu yolla hər iki cinsin üstünlüklərindən istifadə edir və ürəyi istədiyi şəkildə azad yaşayırdı. Çünki qadına çevrilməsinə baxmayaraq, bir parçası hələ də kişidir. 

Məhkəmə proseslərində Orlandonun cinsi qadın olaraq qəbul edilir. Kişi olduğu zaman qurduğu ailəsi inkar olunur və uşaqlarının qeyri-rəsmi olduqlarına qərar verilir. Əslində bu onun mübarizəsinin uğurla bitməsi anlamına gəlir. Lakin cəmiyyətin qınağına görə azadlığının dadını çıxara bilmir. Tək istədiyi şey həyatının sevgisini tapmaq olsa da, ictimai qınağın çoxluğundan ərə getməyi düşünməyə başlayır. Daha sonralar bu fikrin basqısı altında uşaq da dünyaya gətirir. İçindəki kişilik hissini öldürə bilməyən bir qadın üçün uşaq dünyaya gətirmək yaşaya biləcəyi ən əzablı hissdir.

Vulf dördüncü romanın adını "Saatlar" qoymaq istəsə də, sonradan onu "Xanım Dallovay" olaraq dəyişdirir. Bunun səbəbi isə qadının hər zaman kişilərin kölgəsi altında qaldığını və əzildiyini vurğulamaqdır. 

Klarissa artıq özünə aid olmayan bir soyadla xatırlanır: 

"... daşıdığı bu bədən nə qədər bacarıqlı olsa da (bir Hollandiya rəsminə baxmaq üçün dayandı), ona elə gəlirdi ki, heç nəyə yaramır. Nədənsə görünməz olduğunu hiss edirdi. Görünmürdü... Artıq nə evli idi, nə də uşağı var idi. Sadəcə başqa insanlarla bir yerdə Bond küçəsində gəzirdi. Yerişi təəccüblü və ciddi idi.. Xanım Dallovay artıq Klarissa da deyildi. Riçard Dallovayın həyat yoldaşı idi". (Vulf, Sentyabr 2012:s.,13)

Vulfun evliliyi çox yaxşı olsa da, seksual tərəfi demək olar ki, yox idi. Peşəkar yazıçı olduqdan sonra keçmiş həyatı ilə bağlı gündəliyində qeyd etmədiyi travmaları haqqında danışmağa başlayır. "Blumsberi" dostlarının hər həftə "xatirələr dərnəyi"ndə oxuduğu yazılarından ögey qardaşları Georg və Gerdalın Vulfa təcavüzlərinin yaratdığl travmadan hələ də xilas olmadığı anlaşılır. Buna dair əsaslı sübut olmasa da, ən azından Vircinyanın danışdıqlarından belə nəticəyə gəlmək olur ki, ögey qardaşları tərəfindən seksual təhditlərə məruz qalıb.  

"Vircinyanın yataqda yatarkən Georgun ensest toxunuşlarını unuda bilmədiyi aydınlaşır. Seks ona zövq vermirdi. Aralarında olan yetişkin dostluq və anlayışdan, sevgi dolu həyat yoldaşının həssaslığından, bir də iksinin də heç vaxt görmədiyi yerləri kəşf etmələrindən böyük zövq alırdı". (Curtis, 2012:s.,115)

"Xanım Dallovay" adlı romanın əsas qəhrəmanının seksual həyatı Vircinyanın seksual həyatı ilə birə-bir oxşayır. Klarissa"... onu çarşab kimi sarıb-sarmalayan, uşaq doğmasına baxmayaraq, qoruduğu bakirəliyi" (Vulf, Sentyabr 20126 s..35) üstündən ata bilmirdi. Romanda Klarissa ilə Vircinyanın münasibəti Virciniyanın aiə qurmadan əvvəl Madge Emma Vaughan və Violet Dikinsonla qurduğu münasibətə çox bənzəyirdi. 

Vulf qadınları daha həssas və duyarlı hesab etdiyi üçün seksual seçimini onların xeyirinə edirdi.

"Geriyə dönüb baxanda, Klarissaya qəribə gələn, Salliyə olan duyğularının saflığı və sağlamlığı idi. Bir kişiyə qarşı hiss edilənlərlə eyni deyildi. Heç bir qarşılıq gözləmirdi, həm də sadəcə yetkinliyə yenicə addım atmış qadınlar arasında olan bir xüsusiyyəti var idi. Ona görə bu qoruma hissi idi. Bu bəlkə də, eyni gəmidə olduqlarından irəli gəlirdi..." (Vulf, Sentyabr 2012: s.,38)

Vulf bu kitabında yazıçının davamlı yazması üçün özünə aid bir otağının və ildə 500 funt-sterlinq gəlirinin olmasınını vacibliyini qeyd edirdi. Həmin günlərdə bu pul tək yaşayan birinin başqa işdə işləməmsi və özünü təmin etməsi üçün yetərli sayılırdı. Özünə aid bir otağın olması qadına azadlıq hissi verir. Həmin dövrlərdə qadınların azadlığı çox qısıdlanırdı. Şair və yazıçı qadınların sayı isə olduqca az idi. Virciniya bir yazıçı qadının Şekspirin yaşadığı zamanda onun kimi yaza bilməsinin mümkün olmadığını düşünürdü. Şekispir qədər istedadlı olsa da vəziyyət dəyişməyəcək.

Kitabın sonunda "Yazı yazan birinin öz cinsiyyətini unutmaması çox təhlükəlidir" deyə qeyd edir. 

"Qatqısız və bəsit bir kişi ya da qadın olmaq çox təhlükəlidir. Qadın kimi kişi ya da əksinə, kişi kimi qadın olmalıyıq. İnsanın zehnində qadınla kişi arasında iş birliyi olmalıdır ki, onların yazısı tamamlansın". (Vulf, Mart 2012: s., 112)

Virciniya Vulf onu da qeyd edirk ki, "İnsanlar yetkinləşdikcə artıq tərf tutmaqdan imtina edirlər. Kişilər böyük toplumlarda cinsiyyətlərini unutmaq kimi bir tərbiyəyə malik deyil. Burdan da belə nəticəyə gəlmək olar ki, ən yaxşı əsərlərin yaranması üçün hələ çox zaman keçməlidir". 

Məqalənin müəllifi: Ayşe Korkmaz

Tərcümə: Lalə Niftaliyeva

Qaynarinfo.Az