Video 23:10 08.08.2018

Virtual təcavüzdən və şantajdan necə qorunmaq olar? (VİDEO)

Müasir dövrün yeni bəlası virtual təcavüzdür. Söhbət virtual aləmdə tanış olub, qarşı tərəfin inamından sui istifadə edərək, haqqında müəyyən məlumatlar və ya müxtəlif intim şəkillər əldə edib, sonradan şantaja əl atanlardan gedir.

Psixoloq Xatirə Səfərova deyir ki, internet vasitəsilə cinsi təcəcavüzə cəhd göstərən şəxslər real həyatda ən qorxaq insanlar hesab olunurlar:

"Siz və ya yaxınlarınız bu halla qarşılaşmısınızsa, o zaman ən vacib etməlı olduğunuz şey heç nədən qorxmamaqdır”.

Psixoloqun sözlərinə görə, bəzən bu hal insanlarda vərdişə çevirilir:

"Nisbətən zəif xarakterli şəxslərin bu cür halla qarşılaşması daha pis vəziyyətə yol açır, hətta intihara qədər aparır. Bu zaman mütəxəssislər psixoloji dəstək almağınızı və hüquq-mühafizə orqanlarına müraciət etməyinizi məsləhət görür”.

Hüquqşünas Xəyal Bəşirov deyir ki, belə hədə-qorxu və şantajlara görə ölkə qanunvericiliyində çox ciddi cəzalar mövcuddur:

"Bu cür hallarda atmalı olduğunuz vacib addımlardan biri tanışlarınızla yazışmalarınızın mətnini özünüzdə saxlamaqdır. Yəni, yazışmaları ya "screenshoot” edin, ya da onları çapdan çıxarın. Ümumiyyətlə, çalışın, virtual aləmdən uzaq qalın, real ünsiyyətə üstünlük verin”.

Baku TV-nin mövzu ilə bağlı hazırladığı reportajı təqdim edirik: