Ölkə 18:07 23.02.2018

Vitali Kliçkoya Bakıda ev hədiyyə olunub? (AÇIQLAMA)

Azərbaycan mətbuatında Kiyev şəhərinin meri Vitali Kliçkoya son Bakı səfəri zamanı nazir Azad Rəhimovun oğlu Arif Rəhimov tərəfindən ev hədiyyə edilməsi ilə bağlı məlumatlar yer alıb. Bununla bağlı tia.az-ın əməkdaşı Vitali Kliçkonun köməkçisi Boqdan Balasinoviçlə əlaqə saxlayıb.

"Vitali Kliçkoya Azərbaycana gəlişi zamanı ev hədiyyə olunubmu" sualını eşidən kimi gülümsəyən Boqdan Balasinoviçin cavabı belə olub: "Azərbaycanla gözəl münasibətlərimizin olması heç də orada mülkümüzün olması demək deyil. Təbii ki, yanlış informasiyadır".