Rusiya prezidenti Vladimir Putinə sui-qəsd cəhdi olub.

Qaynarinfo xəbər verir ki, bununla bağlı 21 yaşlı Armina Alibaşiç adlı şəxs saxlanılıb.

Serbiyanın "Pravda” qəzetinin yaydığı məlumata görə, həmin şəxs Putinin bu ölkəyə səfəri zamanı sui-qəsd hazırlamaqda şübhəli bilinir.

Armin Alibaşiç polis patrul xidmətinin əməkdaşıdır. Polis onu Novi-Pazar şəhəri yaxınlığında Potok qəsəbəsindəki küçədə saxlayıb. Asayiş keşikçiləri onun bel çantasından şübhələniblər. Çantada optik nişangahlı tüfəng aşkarlanıb. Armin Alibaşiçin yaşadığı evdə aparılan axtarış nəticəsində partlayıcı qurğu üçün komponentlər aşkarlanıb.

Qeyd edək ki, Putin Serbiyaya yanvarın 17-də səfər edəcək.