Vladimir Zelenski və SOCAR prezidenti yeni layihələri müzakirə ediblər (VİDEO)
Davosda Ukrayna prezidenti Vladimir Zelenski və Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövnəq Abdullayev arasında görüş keçirilib.
Qaynarinfo "Report"a istinadən xəbər verir ki, bu barədə Ukrayna hökumət başçısının saytında bildirilir.
V. Zelenski və R. Abdullayev Ukraynanın infrastruktur layihələrinə, müəssisələrə, eləcə də ölkənin qaz nəql güclərinə sərmayə qoymağın əhəmiyyətini qeyd ediblər.
V. Zelenski ötən ilin dekabrında baş tutmuş Azərbaycana səfərini xatırlayıb. Ukrayna prezidentinin sözlərinə görə, bu səfər çox məhsuldar olub.
"Hesab edirəm ki, bu səfər ölkələrimiz arasındakı münasibətləri yeni bir səviyyəyə qaldırdı”,- deyə Zelenski vurğulayıb.
Görüşdə həmçinin Ukrayna dövlət başçısının Azərbaycana səfəri zamanı əldə olunmuş razılaşmalar əsasında SOCAR-la yeni layihələrin həyata keçirilməsini müzakirə etdilər.
AIN_Error::errorHandler(8, "Trying to access array offset on value of type bool", "file/cache/template/frontend_qaynar_module_qaynar_template_controller_article.html.php.php", 255, Array(5))
AIN_Error::errorHandler(8, "Trying to access array offset on value of type bool", "file/cache/template/frontend_qaynar_module_qaynar_template_controller_article.html.php.php", 255, Array(5))
DİQQƏT! Qaynarinfo.az-ın açıq materiallarının olduğu kimi surətini çıxarmaq, digər saytlara yerləşdirmək, yaymaq qadağandır. Qanunvericiliyə əsasən açıq materialların yalnız 1/3 hissəsindən istifadə etmək olar. Əks halda məsələ məhkəmə predmeti ola bilər!
Şərhlər