Dünya 13:14 25.09.2018

Volvo İranı tərk etdi

İsveçin avtomobil nəhəngi Volvo İranda fəaliyyətini dayandırıb.

Qaynarinfo xəbər verir ki, şirkətin sözçüsü Fredrik İvarsson açıqlama verərək İranın aldığı yük maşınlarının pulunu ödəmədiyini və buna görə belə qərar qəbul elədiklərini bildirib. Volvo İranı Körfəz bölgəsi və Şimali Afrika ilə ticarət üçün əsas ixracat mərkəzinə çevirmək istəyirdi. 

Qeyd edək ki, ABŞ-ın sanksiyalarına görə bir çox şirkət İranla ticarət əlaqələrinə son qoyub.

Gülşən