Video 19:50 10.11.2019

Vüqar "Topaz"da 144 min udub, yoxsa 125 min ziyana düşüb? (VİDEO)

Meyxanaçı Vüqar Əbdülov haqqında çıxan xəbərlərə aydınlıq gətirib.

Qayanrinfo axşam.az-a istinadən xəbər verir ki, sənətçi "Zaurla Günaydın" proqramında bir neçə gün əvvəl Topaz-da 144 min manat udması məsələsinə aydınlıq gətirib:

"Bu haqda özüm də mediada eşitdim. Belə bir şey yoxdur. Topaz-da oynayıram, həvəsim var. Hərdən maraqlı oyunlar olanda, bir az pul qoyuram. Qoyduğum pulun üç qatını udmaq şansın olur. Amma birdəfəyə 3 min qoymaq mənim gücümdə deyil. Bilmirəm, haradan qaynaqlandı".

Vüqar dostu tərəfindən aldadılıb, 125 min manata ev aldığını etiraf edib:

"Ev məsləsi həqiqidr. Neçə il əvvəl dostum dələduzluq edib, mənə saxta sənədlə ev satdı. Onu şəxsi tanıdığım üçün polisə də şikayət etmədim. 10 ilə yaxındır məsələ uzanır. Ev də məndə yoxdur. Bu boyda problemim var, hər yer yazdı. Bir nəfər mənə zəng edib, dəstək durmadı".