Video 17:33 30.04.2018

Vüsalə Kərimova: “Evə, ailəyə, uşağa baxırsa o artıq qadın deyil” (VİDEO)

ARB TV-nin "Boş anlar” verlişinin növbəti qonağı teleaparıcı Vüsalə Kərimova olub. 

Qaynarinfo xəbər verir ki, Vüsalə Kərimova artıq qadın olduğunu unutduğundan deyib:

"Mən qadın olmağı artıq çoxdan unutmuşam. Qadın evə, ailəyə, uşağa baxırsa o artıq qadın deyil. Kənardan mənə qayğı, nəvaziş göstərəndə mən qıcıqlanıram. Əsəblərimə toxunur. Deyirəm ki, nəyə görə bunu edirsən, nə güdürsən bunun arxasında deyə fikirləşirəm. Bəlkə də heç elə deyil. Çünki insan həyatda tək addımlayır, onan bundan qorunur. O kimsə, bu kimsə nə deyər deyə. Hələ ki, sən tanınmış bir insansansa addımını atanda kimsə sənə yaxınlaşıb söz deyəndə onun altında hansı məqamların olduğunu düşünməyə vadar olursan. Ona görə də mənə yaxınlarımdan gələn qayğı məni qıcıqlandırır. İsdəmirəm. Amma mən heç vaxt oğlumdan qayğımı, nəvazişimi əsirgəməmişəm”.