Texnologiya 14:30 18.11.2018

WhatsApp-a yeni funksiya gəlir

WhatsApp daha bir yenilik etməyə hazırlaşır.

Qaynarinfo xarici KİV-ə istinadən xəbər verir ki, Snapchat-dakı məşhur funksiya WhatsApp-a da əlavə ediləcək. Belə ki, bu funksiya ilə istifadəçilər göndərdikləri mesajların silinmə vaxtını təyin edə biləcəklər.

Şirkətə yaxın mənbələrin verdiyi məlumata görə, ilkin mərhələdə mesajlara 10 saniyə, 1 dəqiqə, 1 saat və 1 gün silinmə müddəti qoymaq mümkün olacaq.