Texnologiya 09:03 01.05.2018

"WhatsApp" rəhbəri istefa verdi

"WhatsApp" messencerinin həmtəsisçisi və şirkətin rəhbəri Yan Kum istefa verib.

Qaynarinfo xəbər verir ki, bu barədə o, öz "Facebook" səhifəsində məlumat yayıb.

"Washington Post" qəzetinin iddiasına görə, Yan Kum "Facebook" şirkəti ilə fikir ayrılıqlarına görə istiefa verib. Lakin o, özü gedişini "daha da irəli getmək" üçün belə bir addım atdığını bildirib: 

"Bizim Braynla (Akton - red) birgə "Whatsapp"ı yaratmağımızdan 10 ilə yaxın vaxt keçib və bu ən yaxşı insanlarla birlikdə gözəl bir səyahət idi. Lakin mənim daha da irəli getmək vaxtımdır. Mən insanların "Whatsapp"dan təsəvvürümə gətirməyəcəyim dərəcədə istifadə etdiyi bir vaxtda gedirəm. Bu səyahəti mümkün edən hər kəsə təşəkkür edirəm".

Qeyd edək ki, "Facebook" 2014-cü ildə "WhatsApp"ı 21,8 milyard dolara satın alıb. Hazırda messencerin 1 milyardan artıq istifadəçisi var. 

Aydın