Texnologiya 15:45 25.04.2018

"WhatsApp" yaş limitini artırır

"WhatsApp" sosial şəbəkəsindən istifadə üçün nəzərdə tutulan yaş limiti 13-dən 16-ya qaldırılır.

Qaynarinfo Guardian-a istinadən xəbər verir ki, yeni qərar Avropa İttifaqına daxil olan ölkələrdə tətbiq ediləcək. Qaydanın tətbiqinə səbəb Avropa Ümumi Məlumatların Mühafizəsi Qaydasının (GDPR) qanununun 25 may tarixindən etibarən qüvvəyə minməsidir.

Mesajlaşma xidməti 25 maydan başlayaraq 1,5 milyard Avropa istifadəçisindən yaşının 16 olması barədə təsdiq istəyəcək.

Gülşən