Texnologiya 14:29 15.10.2017

Whatsappa hansı yeniliklər gəlir? (SİYAHI)

Whatsappa qısa vaxtdan sonra bu yeniliklərin gəlməasi gözlənilir.

“Qaynarinfo” xəbər verir ki, önümüzdəki aylar üçün Whatsapp həm Android, həm də İOS tətbiqi üçün yeniliklər etməyi nəzərdə tutur.

Komanda uzun müddətdir ki, “mesajın ləğvi” funksiyası üzərində çalışır. Hətta deyilənlərə görə, yaxın zamanda funksiyanın necə çalışdığı da mediaya açıqlanacaq.
Bundan başqa Whatsapp Bussiness iş dünyası, biznesmenlər üçün xüsusi bir loqo və ya funksiya yaratmağı düşünür.


1. Emojilər

Whatsappın aktiv istifadəçisisinizsə, fərqli emojilər görməyə hazır olun. Emojipedia bildiyiniz kimi bu zamana qədər Apple şirkətinə məxsus emoji kombinindən istifadə edirdi. İndi sistemin dəyişdirləcəyi və Androidin ən son versiyasının emoji setindən istifadə olunacağı gözlənilir. O da bildirilib ki, yeni emoji setinin İOS tərəfindən dəstəklənib-dəstəklənməyəcəyi də bəlli deyil.


2.    Emojilərin yeni dizaynı

Whatsappın emojiləri görünüş baxımından da xeyli dəyişəcək. Belə ki, emojilər daha böyük gözlərə sahib olacaq, ümumiyyətlə daha nəzərə çarpacaq hala gələcəklər.


3. Whatsapp Biznesə məxsus loqo

Whatsapp Qurumlara məxsus hesabları ödənişli etmək niyyətindədir. Belə ki, qurumlar üçün nəzərdə tutulan versiyalara xüsusi özəlliklər aid ediləcəyinə görə onlardan bunun qarşılığında pul alınması zəruri hesab edilir. Eyni zamanda da hər quruma özəl yeni loqo işlənəcəyi yeniliklər arasındadır.


4. Tünd rənglər

Belə ki, Whatsappın gecə rejimi üçün yeni fon gətirəcəyi gözlənilir. Funksiyanın yaxında zamanda aktivləşdiriləcəyi gözlənilir.


5. Bilinməyən nömrələr üçün məlumatlar

İstifadəçilər gizli nömrədən mesaj aldıqları zaman avtomatik olaraq həmin şəxs haqqında ilkin məlumatları da əldə edəcəklər. Tanımadıqları insanı asan bloklaya biləcəklər.


6. Şəkil içərisində şəkil rejimi

Android 8 platformalı telefonlarda bu funksiya artıq tətbiq olunmağa başlayacaq. Funksiya PİP adlanır. Yəni, “Picture in Picture” şəkil içərisində şəkil. Bu funksiya vasitəsilə video zənglə danışaraq şəkil göndərə biləcəksiniz.


7. Səhvən göndərilən mesajların ləğvi

Bu funksiyanı izləyicilər uzu müddətdir gözləyirlər. Ancaq hələ də Whatsapp funksiyanın tam olaraq nə zaman işə düşəcəyi ilə bağlı məlumat verməyib.

Nərmin Həsənli
Qaynarinfo.Az