Texnologiya 15:48 19.08.2019

"WhatsApp"da iki gözlənilməz yenilik var

Məşhur mesajlaşma tətbiqi WhatsApp "WhatsApp Web" internetə inteqrasiya üçün hazırlanan xüsusiyyətləri ilə gündəmə gəlib.

Qaynarinfo xəbər verir ki, istifadəçilərə təqdim olunacaq xüsusiyyətlərdən biri "chat" şəklində göndərilən etiketləri seçərək paylaşa bilmə özəlliyidir. İkincisi, fotoları albom halına gətirməkdir. Bu yeniliklə fotoları albom halına salaraq asanlıqla qarşı tərəfə göndərmək olacaq.

Yeni xüsusiyyətlərilə birlikdə "WhatsApp"ı daha istifadə olunan hala gətirmək sizin əlinizdədir. Bunun üçün tətbiqin tənzimləmələr bölməsindən özünüzə uyğun funksiyaları aktivləşdirə bilərsiniz. Buraya mesajın oxunması ilə bağlı bildiriş, son görülmə vaxtınız və s. kimi xüsusiyyətlər daxildir. 

Nərmin Həsənli