Texnologiya 23:20 20.07.2017

“WhatsApp”dan sürpriz yenilik

“WhatsApp” messenceri bu dəfə də yeniliyi ilə istifadəçilərini sevindirəcək.

"Qaynarinfo"nun Axşam.az-a istinadən məlumatına görə, şəbəkə hazırda yeni funksiyanın üzərində test aparır. 

Belə ki, “Şəkil üstə şəkil” adlanan yeni funksiya sayəsində görüntülü danışa-danışa başqa birisi ilə mesajlaşmaq mümkün olacaq. 

Funksiyanın yaxın vaxtlarda istifadəçilərə təqdim olunacağı gözlənilir.

 Qaynarinfo.Az