Texnologiya 21:10 02.07.2018

“Windows” sistemində silinməyən virus aşkar edildi

Dünyada bir çox kompüter istifadəçisi "All-Radio 4.27 Portable” adlı silinməyən proqram aşkar ediblər.

"Ölkə.Az” xəbər verir ki, virus barədə ilk dəfə məlumat "Malwarebytes” forumunda üzə çıxıb. Virusun hədəfi "Windows” əməliyyat sistemidir.

Rəsmi olaraq sözügedən proqram rus istehsalıdır və pulsuz, universal pleyerdir. Bu pleyer musiqi dinləməyə və tele-verilişlərə baxmağa imkan verir. Naməlum hakerlər onun saxtasını yaradıblar.
Kompüter istifadəçiləri bildirirlər ki, "Microsoft”un bəzi məhsullarını yüklədikdən sonra belə bir proqram üzə çıxıb. Məlum olub ki, "açar” adı altında istifadəçilər "aimp” reklam paketi əldə ediblər və bu da virus daşıyıcısıdır. Söhbət manyer, spamer, troyan viruslarından gedir.

Ekspertlər isə istifadəçiləri aktiv-proqram yeniləmələrindən uzaq durmağa çağırırlar.