Ölkə 22:10 18.02.2018

Xaçmaz-Quba yolunda ağır qəza: 2 ölü 3 yaralı

Bu gün axşam saatlarında Xaçmaz-Quba yolunda ölümlə nəticələnən yol nəqliyyat hadisəsi qeydə alınıb.

"VAZ 2106" markalı avtomaşınla "KamAZ” markalı avtomaşın toqquşub. Qəza nəticəsində 2 nəfər ölüb, 3 nəfər xəsarət alıb.

Xəsarət alan şəxslər Xaçmaz Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Deformasiyaya uğrayan maşından meyitləri çıxarmaq üçün Fövqəladə Hallar Nazirliyinin xilasetmə qrupu cəlb olunub.

Faktla bağlı araşdırmalar aparılır. (APA)