Ölkə 10:10 16.11.2013

Xaçmazda yol qəzası: - 1 ÖLÜ 3 YARALI


Gəndob-Yalama yolunun Xaçmaz şəhəri ərazisindən keçən hissəsində ağır yol nəqliyyat hadisəsi baş verib


Noyabrın 15-i axşam saatlarında Gəndob-Yalama yolunun Xaçmaz şəhəri ərazisindən keçən hissəsində ağır yol nəqliyyat hadisəsi baş verib. ANS PRESS-in məlumatına görə, 31 yaşlı Xaçmaz rayonu Mürşüdoba kənd sakini Mehman İsrafilovun idarə etdiyi “VAZ 21 09” markalı avtomobil idaretməni itirərək yolun kənarındakı parkın ərazisindəki daş heykələ çırpılıb.

Nəticədə sürücü ilə yanaşı avtomobildə olan sərnişinlər - 28 yaşlı Xaçmaz şəhər sakini Rauf Veysov, 31 yaşlı Xaçmaz rayonunun Mürşüdoba kənd sakini Şaməddin Hacıyev və 31 yaşlı Xaçmaz rayonunun Qobuqırağı kənd sakini Rəşad Orucov müxtəlif xəsarətlərlə Xaçmaz Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Onlardan sürücü Mehman İsrafilovun vəziyyəti ağır olduğundan o, xəstəxanada dünyasını dəyişib. Qəza zamanı xəsarət alan Rauf Veysov və Rəşad Orucov artıq ambulator müalicəyə buraxılıb. Digər sərnişin Şaməddin Hacıyevin müalicəsi davam edir.

Faktla bağlı araşdırma aparılır.


Qaynar.info