Maqazin 17:22 10.09.2014

Xalq artisti 4 saat köməksiz vəziyyətdə liftdə qaldı

Arif Quliyev gecə saatlarında çətin anlar yaşadı.

Gecce.az xəbər verir ki, bu gün “Bizim gün”ün qonağı olan xalq artisti Arif Quliyev, mövzusu “fobialar”a həsr edilən verlişdə illər öncə başına gələn maraqlı bir hadisəni danışıb:

“Mən 15-16 il bundan qabaq bir ad günü var idi, ora getmişdim. Yemək-içmək, maraqlı söhbətlər. Ev yiyəsi qayıtdı ki, artıq gecdir. Saata baxdım ki, saat artıq 03:00, 4-ə işləyib. Dedim liftnən düşüm yavaş-yavaş.  Mindim liftə, “düymə”ni basdım, getmədi, ikinci dəfə basdım yenə həmin düyməni getmədi, üçüncü dəfə yenə həmin şeyi təkrar edəndə lift getdi və yarımçıq dayandı. Saat 03:00-dan 07:00-a kimi mən orada qaldım. Nə telefon var əlimdə, nə kimisə çağırmaq olur. O vaxtdan sonra liftdən qorxuram. İndi liftə yaxınlaşanda ürəyim “tıppıldayır”.  

Qaynar.info