Bu gün Qazaxıstanda 14 dövlət arasında Ritm Festivalı keçirilir. 

Qaynarinfo xəbər verir ki, festivalın açılışını Azərbaycanın xalq artisti, "Natiq" ritm qrupunun rəhbəri Natiq Şirinov edəcək. Bütün dövlətlərin musiqiçiləri səhnəyə "Natiq" ritm qrupunun ifa edəcəyi "Sarı gəlin" musiqisinin sədaları altında çıxacaq. 

Qeyd edək ki, festivalda Azərbaycan, Hindistan, Gürcüstan, Latviya, Kanada, İrlandiya, Özbəkistan, Qazaxıstan, ABŞ, Litva, Qırğızıstan, Başqırğıstan və s iştirak edəcəklər.