Maqazin 21:00 25.04.2018

Xalq artisti: "Qarabağ muğam məktəbi yoxdur və olmayıb"

"Qarabağ muğam məktəbi yoxdur və bu fikrin özü yanlışdır"

Qaynarinfo xəbər verir ki, bunu ölkə.az-a müsahibəsində xalq artisti Ağadadaş Ağayev səsləndirib. Müğənni bildirib ki, nəinki Qarabağ, Bakı, Şirvan məktəbləri ifadəsi də yanlışdır:

"Bu ifadənin özündə yanlışlıq var. Muğamda Qarabağ yolu var, ancaq Qarabağ məktəbi yoxdur və olmayıb".

A.Ağayev bildirib ki, muğam məktəbi Azərbaycanın tarixi paytaxtı olan Təbrizdə mövcuddur:

"Əsas məktəb Təbrizdədir. Əgər kim dediyimə şübhə edirsə, buyurub araşdıra bilər".