Xəbər lenti

Xalq artisti titullarını saymayan aparıcıya etiraz etdi (VİDEO)
Video 14:21 07.12.2019

Xalq artisti titullarını saymayan aparıcıya etiraz etdi (VİDEO)

Xalq artisti Niyaməddin Musayev "Səhər-səhər" verilişinin qonağı olub.

Qaynarinfo xəbər verir ki, aparıcı Rövşanə Ağasəfqızı müğənnini təqdim edərkən "Titullarını saymaq lazım deyil. Onu hamı tanıyır" sözlərini deyib. Onun bu ifadəsi Musayevi əsəbiləşdirib.

N.Musayev "Deyirsiz, titulları saymayaq. Bunu tamaşaçılara bildirmək lazımdır. Azərbaycan milli estradasının təməlini qoyan, musiqiləri İranda, İraqda səslənən ifaçıyam. Şöhrət ordeni ilə təltif olunmuşam" sözlərini söyləyib.

Rövşanə isə "Siz gözəl sənətkarsız, bura üç nöqtə yox, nida qoyuruq" cavabını verib.

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->