Foto 12:56 27.01.2019

Xalq artisti xəstəxanaya yerləşdirilib: süni nəfəs aparatından istifadə edir (FOTOLAR)

Azərbaycanın xalq artisti Rafiq Hüseynov (Rəmiş) bir neçə gün əvvəl xəstəxanaya yerləşdirilib.

Qaynarinfo publika.az-a istinadən xəbər verir ki, ağır xəstəlikdən əziyyət çəkən gitara ifaçısı qonaq olduğu "Səni axtarıram” proqramından birbaşa "Caspian International Hospital”a göndərilib.

Artıq 4-cü gündür xəstəxanada olan xalq artisti xəstəxanaya yerləşdirilməsinə köməklik göstərdiklərinə görə teleaparıcı Xoşqədəm Hidayətqızı və həkimlər Cahid Şahbazovla yanaşı Aytən Sultanovaya təşəkkür edib.

Xoşqədəm Hidayətqızı bildirib ki, veriliş heyəti 74 yaşlı musiqiçinin müalicəsini öz üzərinə götürüb.