Maqazin 12:06 06.09.2019

Xalq artisti yeni bağ evi aldı

Xalq artisti Brilliant Dadaşova yeni bağ evi alıb.

Qaynarinfo axşam.az-a istinadən xəbər verir ki, müğənni bu yayı yeni evində keçirib.

Sənətçinin mənzili köhnə bağının yerləşdiyi Buzovna kəndindədir.

Qeyd edək ki, Dadaşova bir müddət əvvəl bağının balaca olmasından şikayətlənmişdi. Müğənni sosial şəbəkədə video paylaşaraq bağı ilə bağlı "Əsas pəncərəm yay-qış açıqdır. Cəmi iki otaq olduğu üçün divanda yatıram. Uşağım divana yerləşmir. Divar kağızlarım cırıq idi, ürəyim sıxılırdı. Özüm divar kağızını cırıb, dəyişdirirəm ki, ürəyim açılsın. Ədalət müəllim (həyat yoldaşı Ədalət Hacıyev - red.) şəhərdə qalır. Çünki onun iş yerinə yaxındır" sözlərini deyib.