Xəbər lenti

Maqazin 13:16 24.04.2024

Xalq artistindən "Alatava"nın aktyoruna ağır cavab: "Filmdə əxlaqsızlıqdan danışılır"

"Kamran Ağabalayev, siz ekranda söyüşlə danışırsınız". 

Bunu Qaynarinfo-ya açıqlamasında Xalq artisti Əli Nur aktyor Kamran Ağabalayevin "tənqidə hər zaman açığam, elə uşaqlar da həmçinin, amma oynadığı 8 filmdə 8 dəqiqə ekran vaxtı olan biri üçün deyil əziyyətimizi yerə vurmaq" fikirlərinə münasibət bildirərkən deyib. 

Əli Nur hesab edir ki, filmlərdə Azərbaycan mədəniyyətini təhqir edən, alçaldan sözlər işlətmək cinayətdir:

"Mənə jurnalistlərdən biri zəng edib dedi ki, Əli müəllim, belə bir film çəkilir, orada əxlaqsızlıqdan, fahişəlikdən danışılır, vulqar ifadələr işlədilir. Belə bir hala münasibətiniz necədir? Dedim ki, bu ədəbsizlikdir. Filmdə, ədəbiyyatda belə jarqonlu sözlər işlətmək qadağandır. Onu əvəz edən ləyaqətli sözlər var. Tamaşaçıya həmin sözlər çatdırılmalıdır. Belə açıq-saçıq sözlər kimə lazımdır? Bu eybəcərlikdir. Bunu demişəm. Kamran Ağabalayev sən kimsən? Sənin kimi viruslar, sənin kimi parazitlər Azərbaycan mədəniyyərinin gəmiricisidir. Azərbaycan mədəniyyətini təhqir edib, alçaldan filmlərlə məqsədiniz nədir? Bu cinayətdir". 

Əli Nur Kamran Ağabalayevi debata çağırıb:

"Gəl üzbəüz oturaq, sənin dilini çəkib, qoparım yerindən. Sən mədəniyyətin nə olduğunu bilmirsən. Filmdə açıq-aydın qadınları-qızları lüt göstərirsən, fahişəliyi təbliğ edirsən. Sənin etdiklərinin sənətə heç bir dəxli yoxdur. Mədəniyyət böyük şöhrətlə, ləyaqətlə xalqa təqdim edilən böyük bir trubunadır. Amma siz ekranda söyüşlə danışırsınız. Azərbaycan xalqının mədəniyyəti böyükdür. Bu mədəniyyət tarix boyu insanlara xidmət edib, xalqı, kütləni millət edib".

Qeyd edək ki, Xalq artisti Əli Nur çıxışlarının birində aktyor və senarist Əlixan Rəcəbovun "Alatava" serialını tənqid edib: "Təbiilik belə olmur, bu, tərbiyəsizlikdir. Bu, hərəkətin başqa adı yoxdur. Onda naturalizm adı altında gərək insanlar lüt gəzsinlər? Bu nə arqumentdir? Söyüşsüz də təbilik olur, bu isə həyasızlıqdır".

Sözügedən filmdə rol alan aktyor Kamran Ağabalayev isə onun fikirlərinə cavab verib. Aktyor "Tənqidə hər zaman açığam, elə uşaqlar da həmçinin, amma oynadığı 8 filmdə 8 dəqiqə ekran vaxtı olan birinin başı üçün deyil əziyyətimizi yerə vurmaq. Amma eybi yox, başı üçün olmayanların yaşına hörmət etməyi çox şükür bilirik", deyə bildirib. 

Bahar Rüstəmli

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->