Sənət 11:07 26.12.2018

Xalq artistindən pis xəbər: ayağı kəsiləcək

Xalq artisti Ramiz Əzizbəyli artıq bir neçə gündür xəstəxanada həkim nəzarətindədir.

Qaynarinfo xəbər verir ki, aktyorun ailəsi open.az-a Əzizbəylinin səhhəti haqda açıqlama verib.

"Onun ölüm xəbərini yaydılar. Lakin xahiş edirik, bu məsələyə biraz həssas yanaşaq. Şükürlər olsun ki, Ramiz bəy nəfəs alıb-verir. Amma səhhəti kritikdir. 99 faiz onun ayağı kəsiləcək. Barmağında yavaş-yavaş qanqrena başlayıb. Ona görə də klinikaya gətirdik. Məlum oldu ki, damarları 80 faizdən çox tıxanıb", - deyə kürəkəni bildirib.