Ölkə 19:56 19.10.2013

Xalq artistinin 70 illik yubileyi qeyd olunacaq

Ramiz Məlikin öz istəyi ilə həmin gün “Qoca kloun tələb olunur” tamaşası da nümayiş olunacaq

Respublikamızın Xalq Artisti Ramiz Məlikin anadan olmasının 70 illik yubileyi qeyd olunacaq. Akademik Milli Dram Teatrının mətbuat katibi Elçin Cəfərovun ANS PRESS-ə verdiyi məlumata görə, görkəmli səhnə ustasmızın 70 illiyinə həsr olunmuş yubiley tədbiri Akademik Milli Dram Teatrında keçiriləcək. E.Cəfərov aktyorun öz istəyi ilə həmin gün teatr səhnəsində “Qoca kloun tələb olunur” tamaşasının da nümayiş olunacağını da bildirib

Qeyd edək ki, rumın dramaturq Matey Vişnekin eyniadlı əsəri əsasında hazırlanan “Qoca kloun tələb olunur” tamaşasında Xalq Artistlərimiz Ramiz Məlik, Rafiq Əzimov, Rafael Dadşov və Əməkdar Artist İlham Hüseynov çıxış edirlər.

Qaynar.info