Sənət 19:00 25.08.2014

Xalq artistinin oğlu reanimasiyaya yerləşdirildi

Nuriyyə Əhmədovanın da səhhətində problem yaranıb

Xalq artisti Nuriyyə Əhmədovanın oğlu xəstəxanaya yerləşdirilib.

ANS PRESS-in məlumatına görə, İslamzadə Əli Xanlar oğlu Sabunçu rayon 3 saylı Kliniki Xəstəxananın Terapiya şöbəsində müalicə alırdı. 

Yarım ildir ağciyər və ürək çatışmazlığından əziyyət çəkən 37 yaşlı Əlnin vəziyyəti kəskinləşdiyindən reanimasiyaya yerləşdirilib. 

Nuriyyə Əhmədovanın özünün də səhhətində problemlər yarandığı bildirilir. Aktrisanın yaxın rəfiqəsi Sədaqət Kamal Facebook səhifəsində belə bir status paylaşıb: "Xalq artisti Nuriyyə Əhmədova yenidən dəhşətli bir faciə ərəfəsindədir. Deməyə dilim gəlmir nədir. Çünki hələ ki, sonun nə ilə nəticələncəyini ancaq Allah bilir. Ancaq gözlərim önündən getmir aktrisanın donub qalmış bənizi. Maraqlananlar özləri onunla əlaqə saxlasın. Mən artıq onun haqqı uğrunda mübarizədən yorulmuşam...Nuriyyə Əhmədovaya kömək edin!"

Qeyd edək ki, evi olmayan xalq artisti Nuriyyə Əhmədova fasilələrlə bacılarının və rəfiqələrinin evində yaşayır. 

Qaynar.info