Foto 09:20 26.01.2020

Xalq artistinin qızının toyu oldu (FOTO/VİDEO)

Xalq artisti Nurəddin Mehdixanlının ailəsində xoş gün yaşanıb.

Qaynarinfo xəbər verir ki, aktyorun qızı Ayturan xanım Ümid adlı bəylə ailə həyatı qurub.

Paytaxt restoranlarının birində keçirilən məclisdə məşhur sənətçilər, Milli Konservatoriyanın rektoru, xalq artisti Siyavuş Kərimli, Dövlət Dram Teatrının rəhbəri, xalq artisti Azer Paşa Nemət, Məleykə Əsədova, əməkdar artistlər Hicran Nəsirova, Sənubər İsgəndərli, Vəfa Zeynalova, Anar Heybətov və digər incəsənət nümayəndələri iştirak ediblər.

Toydan fotolar sosial şəbəkələrdə paylaşılıb.