Sənət 14:51 31.08.2017

Xalq artistinin vəziyyəti pisləşdi: reanimasiyaya yerləşdirildi

“Rafiq müəllim, o qədər də yaxşı deyil. Hal-hazırda reanimassiyadadır”.

Bunu modern.az-a bir neçə gün bundan əvvəl Türkiyədə yenidən əməliyyat olunan Xalq artisti, tanınmış diktor Rafiq Hüseynovun həyat yoldaşı Səbinə Hüseynova bildirib. 

Bir neçə ildir ki, onkoloji problemdən əziyyət çəkən diktor bağırsaq və ayaq nayihələrində də problem yaşayır. Elə sonuncu əməliyyat da bağırsağında aparılıb.

S. Hüseynova Xalq artistinin səhhətinin əməliyyatdan bir gün sonra pisləşdiyini bildirib: 

“Avqustun 28-də əməliyyat olundu. Bir gün sonra palataya köçürüldü. Amma 30 avqustun səhəri vəziyyəti o qədər də yaxşı olmadı.Ona görə də reanimassiyaya köçürdülər. Ümid edirik ki, yaxşı olacaq”. 

Qaynarinfo.Az