“Liderlər tezliklə güclü ictimai qınaqla üz-üzə qalacaqlar”
“Prezident seçkilərinə vaxt, həqiqətən də, çox az qalıb. Ola bilsin, bu ətalətlə müxalifət nəinki qələbə şansını, hətta özünü itirə bilər”.
Bunu Qaynar.info açıqlamasında tanınmış hüquqşünas Qurban Məmmədov deyib.
Q. Məmmədov hesab edir ki, liderlər tezliklə güclü ictimai qınaqla üzləşəcəklər: “Millətin heç kəsə borcu yoxdur. Xalq heç kimin şəxsi malı da deyil ki, onunla istədiyi kimi rəftar etsin. Siyasətçilərin fəaliyyətinin hər bir vətəndaşın həyatına təsir göstərə biləcəyi üçün hər bir vətəndaşın haqqı var ki, onlardan məhz millətin xeyrinə olan hərəkətləri tələb etsin. Bu vəziyyət çox davam edə bilməz. Liderlər tezliklə güclü ictimai qınaqla üz-üzə qalacaqlar”
Vahid namizəd məsələsinə də toxunan Q.Məmmədov bu məsələdə qarşılıqlı ittihamların olmasını təbii qarşılayır: “Bu təbiidir. Ancaq rejimin əlaltıları ilə bağlı olan qeyri-təbii məqamlar da çoxdur. Hakimiyyət bütün gücünü qoyub ki, müxalifətin birləşməsinin qarşısını alsın və Əli Kərimlini təkləsin. Təəssüf ki, buna nail olur. Vahid namizəd 2003-cü ildə necə müəyyən edilmişdisə, indi də eyni qaydada, ictimai rəyin öyrənilməsi yolu ilə müəyyən edilməlidir. Hamıya bəlli olan bu yolu gözardı edib, ictimai qınağı qulaqardı edənlər hakimiyyətin dəyirmanına su tökməklə məşğuldurlar. Ancaq heç kim unutmasın ki, səbrinin son həddində yaşayan xalqın intiqamı amansız ola bilər”.
Şərhlər