Dünya 14:20 25.09.2018

Xameney Pompeonun görüş təklifini rədd etdi

İranın dini lideri Ayətulla Xameney ABŞ dövlət katibi Mayk Pompeo ilə görüşdən imtina edib.

Qaynarinfo xarici KİV-ə istinadən xəbər verir ki, ötən gün Həsən Ruhani ABŞ prezidenti Donald Trampın addımlarının ümid vermədiyini və görüşün nəticəsiz qalacağını demişdi.

Xameneyin beynəlxalq əlaqələr üzrə məsləhətçisi Əli Əkbər Vilayəti "Tramp və Pompeo xəyalı heç vaxt reallaşmayacaq" açıqlamasını vermişdi.

Gülşən