Dünya 10:48 12.11.2013

Xamneyinin 95 milyard dollarlıq sərvəti - ARAŞDIRMA


İranın Ali dini lider Ayətullah Xamneyinin rəhbərliyi altında olan Setad Vəqfinin sərvətinin 95 milyard dollara çatdığı ortaya çıxıb.

Qaynar.info
xəbər verir ki, "Reuters" agentliyi "Setad"ın maliyyə, neft, telekommunikasiya, doğuş həbləri və dəvəquşu fermaları kimi sahələri əhatə etdiyini və Xamneyinin bunun sayəsində əldə etdiyi iqtisadi güclə 24 illik hakimiyyətini möhkəmlətdiyini yazıb.

Xəbərdə Xamneyinin həmin vəqfdən gələn puldan özü üçün istifadə etmədiyi də qeyd olunub.

Agentliyini məlumatına görə, "Setad"ın sərvəti dini azlıqların, iş adamlarının və mühacirətdəki iranlıların əmlakları sayəsində artıb. Vəqf sonuncu dəfə tərk edildiyi üçün ələ keçirilən həmin əmlaklardan 300-nü may ayında milyonlarla dollara satıb. "Setad" Xamneyinin adından istifadə edərək kiminsə əmlakını ələ keçirmək hüququna malikdir. "Reuters"in altı aylıq araşdırması nəticəsində vəqfin 95 milyardlıq sərvətinin İranın 1 illik neft gəlirindən 40 faiz çox olduğu məlum olub.

"Setad" Ayətullah Ruhullah Humeyninin ölümündən sonra 1989-cu ildə yoxsullara və qazilərə yardım edilməsi məqsədilə qurulmuşdu. İslam İnqilabı zamanı tək edilən malların özəlləşdirilməsi məqsədini güdən vəqfin iki ildən sonra bağlanması nəzərdə tutulurdu. Ancaq vəqf Xamneyinin dövründə nəhəng bir şirkətə çevrilir. Mühacirətdə yaşayan iranlılardan biri "Reuters"ə bildirib ki, heç bir qurum "Setad"ın sərvətiniyoxlaya bilmir. "Setad"ın xalqla əlaqələr şöbəsinin müdiri Həmid Vaezi isə agentliyin bu xəbərini həqiqətdən uzaq və səhv adlandırıb.

Qeyd edək ki, ABŞ da "Setad" vəqfinə sanksiya tətbiq etmək istəmişdi.

Qaynar.info