Ölkə 12:56 22.01.2018

Xanım icra başçısı müavinini işdən çıxardı (FOTO)

Abşeron Rayon İcra Hakimiyyətinin başçısı İradə Gülməmmədova müavini Sərviz Süleymanovu vəzifəsindən azad edib.

Qaynarinfo-nun məlumatına görə, icra hakimiyyətindən unikal.org-a bildirilib ki, Sərviz Süleymanov öz ərizəsi ilə işdən azad olunub.

Belə ki, işindən azad olunması üçün S.Süleymanov icra başçısına ərizə ilə müraciət edib. İ.Gülməmmədova da onu vəzifəsindən azad edib.