Maqazin 19:29 02.10.2014

“Xanım millət vəkili mənə avtomobil bağışlasa götürərəm” - dünya çempionu


Zaur Kamalın verlişində hələ belə etiraf olmamışdı.

Gecce.az xəbər verir ki, bu gün “5/5” verlişi yenə qonaqlı-qaralı olub. Zaur Kamalın bu günki qonaqları arasında “Əlbəyaxa döyüş” üzrə 3 qat Avropa, 4 qat Dünya çempionu Xəyal Quliyev də yer alıb.

İdmançı studiyaya təşrif buyurar-buyurmaz Zaurun “sürpriz” sualları ilə qarşı-qarşıya qalıb. Aparıcı idmançı qonağını ilk olaraq “X5” versələr götürərsən?” sualı ilə sınağa çəkib. Dünya çempionu “Baxır kim verir. Bəlkə hörmətsiz biri verir. Hörmətli adam verərsə qəbul edərəm. Yəni vəzifə baxımından demirəm, şəxsiyyət baxımından nəzərdə tuturam” deyə Zaurun sualına maraqlı cavabı ilə diqqət çəkib.

İdmançının, Zaur Kamalın “Bir şey deyim. Xanım versə o avtomobili, götürərdiniz?” sualına verdiyi cavab isə aparıcının özü ilə yanaşı, studiyada əyləşənləri də xeyli təccübləndirib:

“Baxır o xanım kimdir. Millət vəkili xanım versə götürərəm. Başqa bir xanımdan qəbul etmərəm”.

Qaynar.info