Sənət 17:19 11.07.2014

Xanım Qafarovanın yas yerindən FOTOLAR

Bir neçə saat əvvəl dünyasını dəyişən Musiqili Komediya Teatrının aktrisası, əməkdar artist Xanım Qafarovanın yaxınları artıq yas yerinə yığışıblar.

"Qafqazinfo"nun hadisə yerində olan əməkdaşı xəbər verir ki, mərhumənin evinə bir çox tanınmışlar və millət vəkili Qənirə Paşayeva gəlib. 

Paşayeva bildirib ki, əsas narahatlığı qızından olan aktrisanın övladına birinci xanım Mehriban Əliyeva tərəfindən qayğı göstəriləcək: "Birdən-birə daha da pisləşdi. Çox təəssüf edirik. Çox gözəl insan, sənətkar idi. Aramızdan tez ayrıldı. Əsas narahatlığı qızından idi. Amma qızına birinci xanım tərəfindən diqqət və qayğı göstəriləcək".  

Qaynar.info