Maqazin 18:50 25.08.2018

Xanımından əməkdar artistə qadağa

Əməkdar artist, tanınmış aktyor Rasim Cəfər tədbirlərin birinə həyat yoldaşı ilə qatılıb.

Qaynarinfo xəbər verir ki, aktyorun xanımı yenicag.az-a açıqlamasında həyat yoldaşı ilə bağlı gizlinləri bölüşüb:

"Təzə evlənmişdik, arada söz-söhbətimiz oldu, çox əsəbiləşdim, özümdən çıxdım, qapını vurub çıxıb getdim. Amma arxamca gəlib, məni geri qaytardı".

Aktyorun xanımı açıq-saçıq səhnələrlə bağlı ərinə qadağa qoyduğunu da bildirib:

"Açıq-saçıq səhnələr olanda narazılığımı bildirirəm. Olsa, yəqin ki, etiraz edərəm".

Qeyd edək ki, aktyorun həyat yoldaşı Reyhan Cəfər də aktrisa kimi bir çox seriallarda rol alıb.