AFFA İcraiyyə Komitəsinin iclası keçirilib.

Qaynarinfo xəbər verir ki, iclasda qurumun Hakimlər və Hakim-İnspektorlar komitələrinin birlişdirilməsi barədə qərar qəbul edilib.

Yeni komitəyə avstriyalı sabiq FIFA referisi Fritz Stuxlik sədr təyin olunub. Bununla da Xaqani Məmmədov Hakimlər Komitəsi, Əli Hüseynov isə Hakim-İnspektorlar Komitəsindəki sədr vəzifələrini itiriblər.