Dünya 10:02 20.04.2018

Xarici İşlər Nazirliyi binasında bomba həyəcanı: bina boşaldıldı

Dünən Rusiya Xarici İşlər Nazirliyinin binasına bomba qoyulması ilə bağlı məlumat daxil olub.

Qaynarinfo xarici KİV-ə istinadən xəbər verir ki, məlumatın ardından 40-a yaxın nazirlik işçisi binadan təxliyə edilib.

Təhlükəsizlik əməkdaşlarının axtarışları nəticəsində binanın heç bir yerində partlayıcı maddə olmadığı məlum olub.
 
Faktla bağlı cinayət işi açılıb. Yalan məlumat verən şəxsin kimliyi hələlik məlum deyil.