Maqazin 16:10 26.03.2018

Xatirə qalmaqallı libasından danışdı: "Burda nə var ki?"

Müğənni Xatirə İslam klubların birində verdiyi konsert zamanı geyndiyi qalmaqallı libasından danışıb. 

Qaynarinfo axşam.az-a istinadən xəbər verir ki, konsertdə ombası görünən və paltarı dünya ulduzu Beyonsla xalq artisti Aygün Kazımovanın əlbisəsinə bənzədilən ifaçı bunları deyib:
 
"Mən nə geyindiyimi çox gözəl bilirəm. O geyimi yüz dəfə ölçüb-biçən, dəfələrlə əyilib-qalxan insanam. Belə qalmaqala ehtiyac yoxdur. Necəsə şəkil tapıb, düzüb-qoşursunuz ki, guya haramsa görünüb. Siz ki, soyunanlara daha çox hörmət edirsiniz, burda nə var ki? Tutalım, bu dəfə də səhnə geyimim bir az fərqli olub. Alışmağa çalışın”.