Maqazin 16:38 24.10.2017

Xatun “Maşın” şoudan niyə gedib? - SƏBƏB

Bu gün "Maşın” realiti şousunda finaldır. Yayılan xəbərlərdə mübarizəni başa çatdırdığı qeyd olunur.

"Qaynarinfo" metbuat.az-a istinadən xəbər verir ki, iddialara görə, yarışmanın qalibi Talıb Tale olub. Xatun əlini maşından çəkib.

Qeyd edək ki, birincilik uğrunda Talıb Tale Xatun Əliyeva ilə yarışırdı.

Digər finalçı Vüsalə Əlizadə ötən gecə səhhəti ilə əlaqədar maşından əlini çəkmişdi.

Talıbın qalib olması ilə əlaqədar xalq.az bildirir ki, dünən yayım bitdikdən sonra mübarizə dayanıb və mühafizəçilərdən başqa heç kəs studiyada olmayıb. Sadəcə yarışma vaxtından əvvəl başa çatmasın deyə, təşkilatçılar Xatunun bir gün sonra verilişi tərk etməsini səhnələşdiriblər. Beləliklə, final bu gün saat 22.15-də ATV -də Murad Dadaşovun təqdimatında yayımlanacaq.

Qaynarinfo.Az