Foto 17:32 25.02.2018

Xəstəlik Əməkdar artisti tanınmaz hala saldı (FOTO/VİDEO)

Aktyor, Əməkdar artist Rafiq Hüseynov ağır xəstəlikdən əziyyət çəkir.

Qaynarinfo milli.az-a istinadən xəbər verir ki, bir qrup aktyor həmkarı əməkdar artisti ziyarətə gedib. Videodan da aydın görünür ki, aktyor tanınmaz hala düşüb, üstəlik çətinliklə danışır.

Qeyd edək ki, Rafiq Hüseynov 1972-ci ildən Gənc Tamaşaçılar Teatrında çalışır. O, aktyorluqdan əlavə rejissor kimi də bir neçə tamaşaya quruluş verib.