İdman 10:55 19.06.2013

“Xəzər Lənkəran” getdi

Cari mövsüm başa çatdıqdan sonra “Xəzər Lənkəran”a verilən verilən 20 günlük istirahət başa çatıb. 

“Qafqazinfo” klubun rəsmi saytına istinadən xəbər verir ki, bu gecə, Bakıda bir araya gələn “Xəzər Lənkəran”  ölkəmizi tərk edərək Türkiyəyə gedib, ordan da  Almaniyaya yola düşüb. İyul ayının 2-nə qədər nəzərdə tutulan yay təlim məşq toplanışını komanda Bavariya vilayətinin Misbah şəhərciyinin “Best Western Premier Bayerischer Hof Miesbach” otelində məskunlaşaraq keçirəcək. Toplanış müddətində klubun rəsmi saytı vasitəsilə azarkeşlərə və futbol ictimaiyyətinə daha dolğun informasiyalar veriləcək.