İdman 16:36 10.08.2013

“Xəzər Lənkəran”da 2 itki

Sabah Premyer Liqanın II turu çərçivəsində “Simurq”u qəbul edəcək “Xəzər Lənkəran” oyunöncəsi son məşqinə çıxıb. Qaynar.info xəbər verir ki, saat 12.00-da Lənkəran şəhər stadionunun əsas meydançaçında baş tutan məşqdə zədəsi olduğundan iki futbolçu iştirak etməyib.

Qapıçı Duqlas Leyte və ailə problemləri olan Elnur Abdullayev hazırlıqdan kənarda qalıb. Digər futbolçular isə saat yarım ərzində taktiki çalışmalar edib və ev tapşırıqları üzərində məşqçilər korpusunun verdiyi göstərişləri yerinə yetiriblər.

Qaynar.info