İdman 10:24 26.06.2013

”Xəzər Lənkəran”ın planı dəyişdi - FOTOLAR


Almaniya toplanışında “Xəzər Lənkəran” hazırlığın 5-ci gününü tamamlayıb. Qaynar.info xəbər verir ki, Con Toşakın rəhbərliyi altında cənublular hər iki məşqdə əsasən toplu çalışmaları yerinə yetirdilər.

“Ağ-yaşıllar” UEFA-nın məlum qərarına əsasən daha erkən Almaniyanı tərk edəcəyindən yoxlama oyunlarında dəyişiklik baş verib. Belə ki, nəzərdə tutulan iki yoxlama oyunundan yalnız biri baş tutacaq. “Xəzər Lənkəran” məskunlaşdığı “Marc Aurel” otelinin futbol meydançasında “İnqolştad” komandası ilə üz-üzə gələcək. Matç keçirilən günün axşamı, iyun ayının 30-na keçən gecə Lənkəran təmsilçisi Maltaya yola düşəcək. Sabah isə məşqçilər korpusu gün ərzində bir məşq nəzərdə tutublar. Günorta saatlarında komanda məskunlaşdığı Bad Gogginq qəsəbəsində gəzintiyə çıxacaq.

Qaynar.info