İdman 13:32 09.06.2018

"Xəzər Lənkəran"ın sabiq baş məşqçisi Təbrizdə: "Traktorsazi"yə gəldi

"Xəzər Lənkəran"ın sabiq çalışdırıcısı Con Toşak Cənubi Azərbaycan təmsilçisi "Traktorsazi"yə baş məşqçi təyin edilib.

Qaynarinfo Təbriz klubunun saytına istinadən xəbər verir ki, uelsli mütəxəssislə 3 illik müqavilə imzalanıb. O, mövsüm başa çatandan sonra komandanı tərk edən Ertoğrul Sağlamı əvəzləyib.

Qeyd edək ki, Toşak 2013-cü ildə "Xəzər Lənkəran"a başçılıq edib və Azərbacan Super Kubokunu qazanıb. 69 yaşlı mütəxəssis məşqçi karyerası ərzində İngiltərənin "Suonsi", İspaniyanın "Real" (2 dəfə), "Real Sosyedad" (3 dəfə), "Deportivo", "Mursiya", Fransanın "Sen-Etyenn", İtaliyanın "Kataniya", Portuqaliyanın "Sportinq", Türkiyənin "Beşiktaş" və Mərakeşin "Vidad" klublarını, həmçinin Uels (2 dəfə) və Makedoniya millilərini çalışdırıb.